“Taliban” Qunduz əyalətindəki məsciddə baş verən partlayışa görə günahkarları cəzalandıracağını vəd edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Zabihullah Mücahid deyib. O bildirib ki, “Taliban” baş vermiş hücumu pisləyir:
“İslam Əmirliyi bu iyrənc hərəkəti şiddətlə qınayır və günahkarları tapıb cəzalandıracağını vəd edir”.
Xatırladaq ki, məsciddəki partlayışda 100-dən çox insan ölüb, 140-dan çox yaralı var.