Avstriya kansleri vəzifəsindən istefa verib

DÜNYA
22:35 / 09.10.2021
735

Avstriyanın Federal Kansleri Sebastyan Kurts vəzifəsindən getdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin APA agentliyi məlumat yayıb.

Kurts bildirib ki, Korrupsiya ilə Mübarizə üzrə Prokurorluğunun araşdırması fonunda vəzifəsindən istefa verib.

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq müvəqqəti olaraq kansler vəzifəsini icra edəcək.

Keçmiş kansler Avstriya Xalq Partiyasının lideri və parlament üzvü olaraq qalacağını qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Sebastian Kurts və onun yaxın ətrafına qarşı İqtisadi Cinayətkarlıq və Korrupsiyaya qarşı Prokurorluq tərəfindən ağır ittihamlar irəli sürülüb. Müstəntiqlər Kurtsun başçılıq etdiyi Avstriya Xalq Partiyasının qərargahında, federal kanslerin ofislərində axtarışlar aparıblar. Xüsusilə kanslerin rəsmi nümayəndəsinin, media ilə iş üzrə səlahiyyətli müşavirinin kabinetlərindəki sənədlər araşdırılıb.

Kurts partiyası və özünün siyasi fəaliyyətinə dair müsbət ruhlu məqalələrin dərci üçün rüşvət verməkdə ittiham olunur.

0