Çexiya Prezidenti xəstəxanaya yerləşdirildi

DÜNYA
14:50 / 10.10.2021
1101

Çexiya Prezidenti Miloş Zeman xəstəxanaya yerləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Çexiyada parlament seçkilərinin nəticələri açıqlanıb.

Xatırladaq ki, 76 yaşlı M. Zeman 2013-cü ilin martından Çexiyaya rəhbərlik edir. Bundan əvvəl o, bu il sentyabrın 14-də xəstəxanaya yerləşdirilmişdi.

0