İranda həbs edilən azərbaycanlı fəaldan yeni XƏBƏR VAR

DÜNYA
22:18 / 12.10.2021
2519

Böyük Tehran həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşinin yeri dəyişdirilib.  Belə ki, o bu həbsxananın Hüseyniyə bölməsinin 9-cu hissəsinə köçürülüb.

Hit.az-ın məlumatına görə,  bu barədə insan hüquqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti məlumat yayıb.

Məlumata görə, Böyük Tehran həbsxanasının 2-ci briqadasında saxlanılan bir sıra siyasi məhbus zorakı cinayətlərdən məhkum olan məhbuslar tərəfindən döyülüblər. Oktyabr ayının 8-də baş verən bu hadisə nəticəsində bir çox siyasi məhbus yaralanıb və bəziləri müalicə üçün həbsxananın sağlamlıq mərkəzinə yerləşdirilib. Hətta həmin gün həbsxananın bu bölməsinin telefon əlaqələri müvəqqəti olaraq kəsilib. Əlirza Fərşi cinayətlərin ayrılması prinsipi tətbiq edilmədən başqa siyasi məhbuslarla bərabər adı keçən briqadada saxlanılırdı.

Qeyd edək ki, o, 2014-cü ildə Tehran şəhərində beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyinə görə ona qarşı çıxarılan 2 illik həbs cəzasını çəkməkdədir. 

Fərşi indiyədək dəfələrlə dinc fəaliyyətlərinə görə iranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin fərqli məhkəmələri tərəfindən müxtəlif cəzalara məhkum edilib. 

4