Kanada 40 min əfqan qaçqın qəbul edəcək

DÜNYA
22:14 / 13.10.2021
1155

Kanada Əfqanıstandan 40 min qaçqın qəbul edəcək.

HİT.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Castin Tryudo Tvitter hesabında yazıb.

“Kanada 40 min qaçqına ev sahibliyi edəcək və başqalarını da qaçqınların təhlükəsiz yerləşdirilməsi üçün dəstəyi artırmağa çağırırıq”, - deyə kanadalı Baş nazir qeyd edib.

Bundan əvvəl Kanadanın immiqrasiya naziri Marko Mendiçino ölkəsinin həssas qruplardan olan 20 mindən çox əfqan qaçqını qəbul edə biləcəyini söyləmişdi.

0