Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşları saxlanılıb.
HİT.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İstanbuldan gələn iki azərbaycanlı Türkiyə istehsalı olan 200 kq-dan çox xəz geyimləri, ayaqqabı və digər paltarları öz üzərlərində, eləcə də baqajlarında qanunsuz yollarla gömrük sərhədindən Rusiyaya keçirməyə cəhd ediblər.
Onlar Pulkovo hava limanında gömrük nəzarəti zonasına daxil olarkən, müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədikləri halda, “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə öz niyyətlərini reallaşdırmaq istəyiblər.
Lakin gömrük baxışı zamanı Azərbaycan vətəndaşlarına məxsus çantalarda bəyan edilməyən xəz geyimləri, kişi və qadın geyimləri, ayaqqabılar, müxtəlif ölçülü papaqlar aşkar edilib.
Onlar ümumilikdə 465 adda geyim əşyasını bəyannaməsiz Rusiya gömrüyündən keçirməyə çalışıblar.
Saxlanılanların qeyd ediblər ki, bütün geyim əşyaları Sankt-Peterburqdakı dostlarına hədiyyə edilməsi üçün alınıb.