İsraildə “Delta” ştammının daha yolxucu növü aşkar edildi

DÜNYA
19:36 / 20.10.2021
922

İsraildə koronavirusun “Delta” ştammının yeni növü “AY.4.2”yə ilk yoluxma hadisəsi aşkar edilib.

Bu növ yazın ortalarında bir neçə Avropa ölkəsində ortaya çıxıb.

Virus “Ben-Gurion” hava limanında yoxlama zamanı Moldovadan uçan 11 yaşlı uşaqda aşkarlanıb. Bundan sonra ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri “AY.4.2” variantı ilə ilk yoluxma hadisəsini rəsmən təsdiqləyiblər.

Yoluxmuş şəxsin İsrailə qayıtdıqdan sonra heç kimlə əlaqə qurmadığı və özünütəcrid etdiyi qeyd olunur.

London Universitet Kolleci Genetik İnstitutunun direktoru Fransua Ballu “AY.4.2”-nin “Delta”dan 10-15 % daha sürətli yayıla biləcəyi bildirilib. O, eyni zamanda əlavə edib ki, bu fərziyyəni təsdiq etmək üçün çoxlu məlumatlara sahib olmaq lazımdır.

1
oxu.az