Saakaşvilinin analizi yaxşı çıxmadı, həbsxanada ona qan köçürüldü

DÜNYA
13:59 / 23.10.2021
765

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qan köçürülüb.

Hit.az xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze bildirib.
 
Onun sözlərinə görə, prosedur Rustavi həbsxanasında həyata keçirilib, xəstənin sağlamlıq vəziyyəti stabilləşib.

Həkim bildirib ki, Saakaşvilinin qan analizinin parametrlərindən biri pis olduğundan həbsxana həkimləri və çağırılan təcili yardım maşınının komandası ona qan köçürülməsinə kömək ediblər. İndi həkim hesab edir ki, xəstə şəhər xəstəxanasına yerləşdirilməlidir ki, daimi həkim nəzarətində olsun.

"Böhran təkrarlana bilər”,- deyən həkim əlavə edib: "Həbsxana xəstəxanasında bunun öhdəsindən gəlmək çətin olacaq”.

 

0