Ermənistanın dövlət borcu 9 milyard dolları keçdi

23:10 / 26.10.2021
631

Ermənistanın dövlət borcu artaraq 9 milyard dollarlıq həddi keçib.

Cari ilin 30 sentyabrına olan nəticələrə görə, ölkənin dövlət borcu 9 milyard 30 milyon təşkil edib. Avqust ayı ilə müqayisədə bu rəqəm 86 milyon dollar artıb. İl ərzində isə borcdakı artım 1 milyard 190 milyon dollara çatıb.

Ermənistanın dövlət borcunun böyük hissəsini 8 milyard 564 milyon dollarlıq hissəsini hökumətin xarici borcu təşkil edir. Bu məbləğə xarici kreditlər və borclar, qeyri-rezidentlər tərəfindən alınmış qiymətli kağızlar və dövlət xarici valyuta istiqrazları daxildir.

0
oxu.az