İran kəşfiyyatının Suriyada rejim üçün döyüşməkdən imtina edərək Türkiyəyə qaçan keçmiş iranlı helikopter pilotu Mehrdad Abdarbaşini qaçırmaq cəhdinin Türkiyə təhlükəsizlik qüvvələrinin film ssenarisi kimi planı ilə qarşısı alınıb.
O, yaşadıqları barədə “Al Jazeera”yə danışıb.
Pilot bildirib ki, onu yaxalamaq üçün İran tərəfi bir qadınla razılığa gəlib. Lakin Türkiyə kəşfiyyatçıları hər bir şeydən xəbər tutur və Adrarbaşiyə qurduqları plana uyğun hərəkət etməli olduğunu deyirlər. İran tərəfinin planına görə qadın keçmiş pilotu şam yeməyinə dəvət edəcək və yeməyinə dərman atılan Abdarbaşini İran agentləri qaçıracaqdılar.
Sentyabrın 24-də Türkiyə polisinin məsləhəti ilə qadını evinə dəvət etdiyini bildirən Abdarbaşi, türk kəşfiyyatının da həmin gün şübhəli agentləri izlədiyini bildirib. Abdarbaşinin qaldığı binaya yerləşdirilən Türkiyə polisi və kəşfiyyat qüvvələri axşam saat 21:00 radələrində görüş yerinə gələn iranlı qadını və onun iki agentini yaxalayıb. Adrarbaşi Türkiyə polisi və kəşfiyyatına həyatını xilas etdikləri üçün minnətdar olduğunu və onunla hələ də maraqlandıqlarını deyib.
Qeyd edək ki, Mehrdad Abdarbaşi müsahibəsində həmçinin İran agentlərinin yenidən onun arxasınca gəlib öldürəcəklərindən qorxduğunu bildirib.
Yeniavaz.com