Sərvətinin 2 faizini xərcləsə, dünyada aclıq bitəcək!

DÜNYA
19:15 / 27.10.2021
1820

“İlon Maskın sərvətinin yalnız 2%-i aclığa son verə bilər”.

Bu sözləri Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli “CNN International”da yayımlanan “Connect the World”ə verdiyi reportajda deyib.

O bildirib ki, hazırda yaxın gələcəkdə aclıqdan öləcək 42 milyon insan var.

Devid Bisli İlon Maskın sərvətinin cəmi 2 faizini təşkil edən 6 milyard dollarla dünyada aclığın bitəcəyini dilə gətirib.

0