Saakaşvili tibbi yardıma razılıq verdi

00:53 / 29.10.2021
1209

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vəkilləri ilə əlaqəsi bərpa edildikdən sonra tibbi yardıma razılıq verib.

Hit.az xəbər verir ki, bu barədə onun Feysbuk səhifəsində məlumat paylaşılıb. 

“Bu gün (dünən – red.) təəssüf ki, rəsmi tibbi şuranın üzvləri ilə görüşməkdən imtina etməli oldum. Onlardan üzr istəyirəm və hər kəsin bilməsini istəyirəm ki, onlar çox yaxşı peşəkardırlar. Mən vəkillərimlə əlaqəm bərpa olunmayana qədər analizlərdən, minerallardan və digər müalicələrdən imtina etməli oldum. Etirazımdan sonra vəkillərlə əlaqəm bərpa olundu”, - deyə paylaşımda qeyd edilir. 

Xatırladaq ki, oktyabrın 1-də Gürcüstanda saxlanılan Saakaşvili 28 gündür aclıq aksiyası keçirir. 

0