Müxtəlif ölkələrdə təhsil neçə yaşdan başlayır? - SİYAHI

DÜNYA
10:56 / 29.10.2021
1712

Dünyanın müxtəlif ölkələrində təhsilə cəlb olunma yaşı fərqlidir. Bəzi ölkələrdə uşaqları təhsilə cəlb etmə yaşı beşdən başlayırsa, bir çoxunda təhsil yaşı üç hesab olunur. 

HİT.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bununla bağlı sosial şəbəkədə paylaşım edib. 

Uşaqlarıın müxtəlif ölkələr üzrə təhsil yaşını təqdim edirik:

Almaniyada 3-6 yaş arası uşaqlar məktəb öncəsi hazırlığa, 6-15 yaş aralığında məcburi təhsilə cəlb edilir.

Avstraliyada isə 3-5 yaş aralığında məktəbəqədər təhsilə cəlb edilən uşaqlar, 6 yaşdan etibarən məktəbə başlayırlar. İbtidai sinfi bitirdikdən sonra, şagirdlər növbəti təhsil səviyyəsi üçün imtahan verməlidirlər.

Çexiyada 3-6 yaş aralığındakı uşaqlar məktəbəqədər, 6-15 yaş aralığında isə onlara ibtidai və orta təhsil ala bilərlər. Orta təhsil almaq şəxsi iradədən asılıdır. Lakin bunun üçün imtahan vermək vacibdir.

Danimarkada 3-17 yaş arası təhsil məcburi və ödənişsizdir. Valideynlər uşaqları üçün istədikləri məktəbləri seçə bilərlər.

Finlandiyada 6 yaşına qədər uşaqlar məktəbəqədər, 16 yaşına qədər isə ödənişsiz zəruri təhsil alırlar.

Fransada 3-6 yaş aralığı üçün məktəbəqədər təhsil alan uşaqlar 6 yaşından sonra zəruri və ödənişsiz oxumağa başlayır. Şagirdlər yaşayış yerlərinə uyğun məktəblərdə təhsil alırlar. 

Hollandiyada təhsil 5 yaşından başlayır. Ondan əvvəl isə, uşaqlara heç bir təhsil verilmir. Uşaqlar 16 yaşına qədər məcburi təhsilə cəlb edilirlər.

İngiltərədə uşaqlar 4 aylıqdan 3 yaşına qədər məktəbəqədər təhsilə, uşaq bağçalarına gedə bilərlər. İngiltərədə 5 yaşında başlayan zəruri təhsil 16 yaşına qədər davam edir. 

İspaniyada 3 ayından başlayaraq, 6 yaşına məktəbəqədər təhsilə cəlb edilən uşaqların məcburi təhsili isə 16 yaşına qədər davam edir.

İsveçdə 1-5 yaş aralığında məktəbəqədər təhsilə cəlb olunan uşaqlar, 16 yaşına qədər isə məktəblərdə ödənişsiz məcburi təhsil alırlar.

İtaliyada 3-6 yaş arası uşaqlar məktəbəqədər təhsilə cəlb olunurlar. 6-14 yaş aralığında isə ödənişsiz və zəruri təhsilə cəlb olunurlar. 

Macarıstanda 3-7 yaşa aralığındakı uşaqlar üçün məktəbəqədər təhsil verilir. 7 yaşında bir illik hazırlıqla başlayan zəruri təhsil 18 yaşında tamamlanır.

Polşada 3-6 yaş aralığındakı məktəbəqədər təhsil alanlar 6-16 yaş aralığında ödənişsiz məcburi təhsil alırlar.

Portuqaliyada 3-5 aralığındakı məktəbəqədər təhsilə cəlb edilən uşaqlar 15 yaşına qədər ödənişsiz zəruri təhsil alırlar. 

Ruminiyada 3-6 yaş arası məktəbəqədər təhsilə cəlb olunan uşaqlar 6-15 yaşa qədər məktəblərdə ödənişsiz məcburi təhsil alırlar. 

Yunanıstanda uşaqlar 3-6 yaş aralığında məktəbəqədər, 6-15 yaş aralığında isə ödənişsiz və məcburi təhsil almalıdırlar.

0