Rusiya Hərbi Desant Qüvvələrinin qərargah rəisinin keçmiş birinci müavini general-mayor Anatoli Belyanin intihar edib.
Hit.az xarici KIV-ə istinadən xəbər verir ki, hadisə Moskva ətrafında yerləşən İvanteyevka şəhərində öz evində baş verib.
Məlumatda bildirilib ki, Belyanin son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Belyaninin adı 1994-cü ildə qətlə yetirilən jurnalist Dmitri Xolodovun cinayətində şahid kimi keçirdi. Jurnalist Rusiya ordusundakı maxinasiyalar, xüsusilə, rus ordusunun çeçenlərlə qanunsuz silah ticarətini araşdırırdı.