Ərdoğan Türkiyənin 2023-cü ildəki hədəfini açıqladı

09:36 / 30.10.2021
1238

Türkiyə Cümhuriyyətin yaranmasının 100-cü ildönümündə həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmaq üçün heç bir maneəyə, təxribata və hücumlara imkan verməyəcək.

Hit.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk Mədəniyyət Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimində deyib.

"2023-cü il hədəflərinə çatmaq üçün gecə-gündüz çalışaraq Türkiyə Cümhuriyyətinin qurucularına olan borcumuzu ödəməyə qərarlıyıq", - deyə Türkiyə Prezindeti bildirib.

O, həmçinin Atatürk Mədəniyyət Mərkəzinin köhnə və yeni Türkiyə arasındakı fərqin ən aydın şəkildə göründüyü yer olduğunu söyləyib: "Atatürk Mədəniyyət Mərkəzində keçirilən mədəniyyət və incəsənət tədbirləri böyük və güclü Türkiyənin qurulmasına töhfə verəcək".(trend)

0