"“Artsax” məsələsi birdəfəlik bağlanıb, ora Azərbaycan torpağıdır" - Qriqoryan

DÜNYA
09:57 / 02.11.2021
1600

Ermənistanda Qarabağ məsələsi sərhədlərin demarkasiya və delimitasiyasından sonra tamamilə gündəlikdən çıxarılacaq. Sərhədlərin müəyyənləşməsində sənədlərin imzalanması ilə Ermənistan dövləti rəsmi şəkildə Qarabağı Azərbaycan torpağı kimi etiraf etmiş olacaq.

Unikal.org xəbər verir ki, bu sözləri erməni siyasi ekspert Qalust Qriqoryan deyib.

"Bu yaxınlarda Nikol Paşinyan etiraf etdi ki, Zəngəzurda müəyyən əraziləri Azərbaycan tərəfinə təqdim edib. Paşinyanın sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenidən başlanmaması üçün verilib. Hazırda Bakıda nəinki Zəngəzur dəhlizi barədə söhbətlər dolaşır, həm də Azərbaycan tərəfi Zəngəzur dəhlizinin əməli surətdə həyata keçirilməsi ilə məşğul olur.

Keçək Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu günlərdə bəyan ediyi fikirlərə: "Ermənistan demarkasiya və delimitasiyası prosesinə başlamağa hazırdır".

Bu o deməkdir ki, “artsax” məsələsi birdəfəlik bağlanıb. Biz ermənilər də etiraf edirik ki, bu, Azərbaycan torpağıdır!" - erməni şərhçi qeyd edib.

0