Moskvada yanında övladı olan ataya azərbaycanlılar hücum edib? - VİDEO

DÜNYA
19:47 / 06.11.2021
1595

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl sosial şəbəkələrdə Moskvanın Novıe Vatutinki rayonunda dörd gəncin yanında azyaşlı uşağı olan ataya hücumunun videosu yayılıb.

Qaynarinfo xəbər verir ki, hücumda guya Azərbaycan və Qazaxıstandan Rusiyaya işləməyə gələn gənclərin olduğu iddia edilib.

Bu barədə məlumatlar Rusiya KİV-lərində tirajlanıb.

Amma hadisə ilə bağlı, Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, yanında azyaşlı uşağı olan ataya hücum edənlər Azərbaycan və Qazaxıstan vətəndaşları deyil.

Bu hadisədə iştirak edənlərdən 3-ü Rusiya vətəndaşı, digəri isə yaxın xaricdən olan vətəndaşdır.

Rusiya DİN daha sonra bu barədə təxribat xarakterli məlumat yayan sosial şəbəkə istifadəçilərinə və KİV-lərə xəbərdarlıq edib.

0