Türkiyədə dağıntılar altından 13 nəfər çıxarıldı - VİDEO/YENİLƏNİB

DÜNYA
19:51 / 09.11.2021
1534

Dağıntılar altından daha 2 nəfər çıxarılıb. Bununla da xəsarət alanların sayı 13 nəfər olub. 

***

Dağıntılar arasından 11 nəfər yaralı halda çıxarılıb. Qəzaya səbəb kimi təmir işləri zamanı səhvə yol verilməsi göstərilir. Binanın 50 yaşı olub.

***

Uçqun altından yaralı halda çıxarılanların sayı 9 olub. Dağıntılar altında ümumilikdə 20 nəfərin qaldığı ehtimal olunur. 

***

Türkiyənin Malatya şəhərində bina çöküb.

HİT.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Dağıntılar altından 8 nəfər yaralı halda çıxarılıb. Məlumata görə, dağıntılar altında 20-yə yaxın insan var.

Malatya Jurnalistlər Cəmiyyətinin sədr müavini Mikayıl Pelik bildirib ki, binanın birinci mərtəbəsində restoran, yuxarıda isə qəhvəxana yerləşir.

İnönü küçəsində yerləşən köhnə tikilinin naməlum səbəbdən uçduğu deyilir.

Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.

0