Əfqanıstanın paytaxtı Kabilin qərbində güclü partlayış törədilib.
Qeyd olunur ki, bombalı hücum əsasən şiələrin məskunlaşdığı Dəşti-Bərçi rayonunun ərazisində baş verib.
Rəsmilərin bildirdiyinə görə, hadisə avtomobilə qoyulmuş bombanın işə düşməsi nəticəsində baş verib.
İlkin məlumata əsasən, partlayış nəticəsində altı nəfər ölüb, yeddi nəfər yaralanıb.
oxu.az