ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) saytına xaker hücumu olub.
Hit.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, xakerlər qurumun elektron poçt sistemini ələ keçirərək ora on minlərlə məktub göndəriblər.
Onlar həmçinin növbəti oxşar hücum barədə də xəbərdarlıq ediblər.
Dövlət qurumları hücumun mənşəyini araşdırır.