Bu bölgədə əhali ayağa qalxdı: QR kodlara etiraz edərək mitinqə çıxdılar - FOTO

15:48 / 14.11.2021
1995

Kamçatkanın Edizovski rayonunda QR kod və peyvəndlərə etiraz edən vətəndaşların razılaşdırılmamış mitinqi keçirilib.

Hit.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, aksiyada yüzdən çox insan iştirak edib. 

Təşkilatçı özünü Rusiyanın Milli Dirçəliş İttifaqı adlandıran təşkilatın ardıcılları, həmçinin SSRİ vətəndaşları hərəkatının fəallarıdır (Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağan olunub).

Etirazçıların saxlanması ilə bağlı heç bir məlumat yoxdur, baxmayaraq ki, Kamçatkada hazırda koronavirus pandemiyası ilə əlaqəli yüzdən çox iştirakçının iştirak etdiyi küçə tədbirlərinə qadağa qoyulub.

Etirazçılar əyləncə tədbirlərinə, iaşə obyektlərinə və dövlət orqanlarının yerləşdiyi binalara basqın edərək QR kodların tətbiqini ləğv etməyi tələb ediblər.

Son günlər Rusiyanın digər şəhərlərində, o cümlədən Yekaterinburq və İrkutskda QR kodlara qarşı etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, QR kodlar sistemi Kamçatka ərazisində oktyabrın 30-da fəaliyyətə başladı. Onlar iaşə, idman və mədəniyyət müəssisələrini ziyarət etmək üçün lazımdır. Noyabrın 15-dən etibarən bu kodlar olmadan dövlət orqanlarının binalarına daxil olmaq mümkün olmayacaq. Bundan əlavə, noyabrın 23-dən QR kodlar regiondaxili hava və avtobus daşımalarında da tətbiq olunacaq.

Xəyal Abdullayev/Hit.az

0