"Avropada özləri yüz minlərlə miqrantın onlara getməsi üçün şərait yaradıblar və indi isə baş verənlərə görə məsuliyyəti öz üzərlərindən atmaq üçün günahkarları axtarırlar".
Hit.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Polşa-Belarus sərhədindəki böhranı şərh edərkən deyib.
Rusiya lideri Aİ-nin miqrasiya siyasətinə də toxunub:
“Buna görə onlar özləri günahkardırlar. Səbəbini dedim: siyasi, hərbi və iqtisadi səbəblərə görə”, - Rusiya lideri bildirdi.
Qeyd edək ki, 2021-ci ilin əvvəlindən insanlar Belarus Respublikasının Baltikyanı ölkələrin sərhədinə axın etməyə başlayıblar. Noyabrın 8-də bir neçə min insanın Polşa sərhədinə yaxınlaşması ilə böhran kəskin şəkildə böyüdü. Miqrantlar hələ də sərhəd zonasını tərk etməyiblər, onların bir hissəsi noyabrın 10-da tikanlı məftilləri sındıraraq polyaklara keçməyə çalışıb.
Noyabrın 14-də səhər saatlarında Podlaskie Voyevodalığının polisi məlumat yayıb ki, Belarus ərazisindən 50 qeyri-qanuni miqrant Polşaya basqın edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 22 nəfəri saxlamağa nail olublar. Daha sonra Polşa sərhədçiləri miqrantlar tərəfindən hazırlanan yeni təxribatı elan ediblər.
Aygün Carçıyeva/Hit.az