Türkiyə daxili işlər naziri deputata əsəbiləşdi: “Orada şəhid veririk, sən isə boş-boş gülürsən” - VİDEO

DÜNYA
22:22 / 22.11.2021
1134

Türkiyənin daxili işlər naziri Süleyman Soylu büdcə komissiyasında CHP-li millət vəkilinə sərt reaksiya verib.

Qaynarinfo xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində terrorla mübarizə ilə bağlı məlumat verən Süleyman Soylu CHP-li millət vəkili Engin Özkoçu tənqid edib. Soylu danışarkən gülən deputata "Orada uşaqlarımız şəhid olur, sən isə burada boş-boş gülürsən" deyərək reaksiya verib.

Qeyd edək ki, bu gün Türkiyə Daxili İşlər Nazirliyinin 2022-ci il büdcəsinin müzakirəsi başlayıb.

0