Koronavirusun digərlərindən daha ağır ola biləcək daha bir ştamı aşkarlanıb.
Hit.az "Report"a istinadən xəbər verir ki, yeni ştam artıq Cənubi Afrika Respublikası, Botsvana və Honq-Konqda qeydə alınıb.
B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə on yoluxma müəyyən edilib. Ştamın tərkibində 32 mutasiya var ki, onlardan bəziləri yüksək ötürülmə qabiliyyəti və vaksinlərə qarşı müqaviməti ilə seçilir. Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.