“Omicron” ştamı üçün daha bir peyvənd hazırlığına start verildi

22:02 / 29.11.2021
686

Qamaleya Tədqiqat İnstitutu yeni omikron koronavirus ştamı üçün Sputnik V peyvəndinin modifikasiyasını hazırlamağa başlayıb.

Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu və Qamaleya Mərkəzinin birgə bəyanatında deyilir. Bildirilir ki, lazım gələrsə, modifikasiyanın kütləvi istehsalına 45 gün ərzində start verilə bilər.

“Qamaleya İnstitutu həm Sputnik V, həm də Sputnik Light-ın koronavirusun son variantı olan omikronu zərərsizləşdirəcəyinə inanır və lazımi araşdırmalara başlayıb. Eyni zamanda, Sputnik peyvəndinin omikron ştamına uyğunlaşdırılmış yeni versiyasının hazırlanmasına artıq start verilib. Omikron ştamı üçün modifikasiya edilmiş “Sputnik”in bir neçə yüz milyon gücləndiricisi 20 fevral 2022-ci ilə qədər beynəlxalq bazarlara çatdırıla bilər və 2022-ci ildə 3 milyard dozadan çox istifadəyə veriləcək”, - bəyanatda qeyd edilir. 

0
“Qafqazinfo”