Qasparyanın mühafizə xidmətinin rəisi həbs edildi

DÜNYA
22:56 / 30.11.2021
1302

Ermənistan polisinin keçmiş rəhbəri Vladimir Qasparyanın mühafizə xidmətinin rəisi Arşak Akopyan iki ay müddətinə həbs edilib.

Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Akopyana qarşı çirkli pulların yuyulması, əmlakın və gəlirin gizlədilməsi ilə bağlı ittihamlar irəli sürülüb.

İstintaq materiallarına görə, 2017-2018-ci illərdə polis strukturunda yüksək vəzifə tutan Akopyan 22 milyon dram (44 min dollar) dəyərində əmlakını, 7 milyon dramlıq evini (14 min dollar), ümumi dəyəri 90 min dollar olan iki avttomobilini əmlak bəyannaməsində göstərməyib.

 

0
“Qafqazinfo”