Türkiyədə fırtına: 22 yaşlı azərbaycanlı dənizçi itkin düşdü (FOTO/VİDEO)

DÜNYA
16:03 / 01.12.2021
1457

Türkiyədə yük gəmisində çalışan azərbaycanlı gənc dənizə düşüb.

Qaynarinfo xəbər verir ki, hadisə Türkiyə vaxtı ilə bu gecə saat 02:00 radələrində Ereğli rayonundakı limanda lövbər salan Panama bayraqlı "Ünzile Main” quru yük gəmisində baş verib. Hadisə gəminin şəxsi heyətində işləyən 22 yaşlı azərbaycanlı Anar Orucovun qırılan kəndiri təmir etdiyi vaxt baş verib. O güclü külək əsməsi nəticəsində dənizə düşüb. Sahil Təhlükəsizlik Qayıq Komandanlığı və Ereğli Bələdiyyəsi Xilasetmə Xidmətinə bağlı xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib. Gecə saatlarında başlayan əməliyyat-axtarış tədbirləri səhər saatlarında da davam edib. Dənizə düşən işçinin gəminin altında ola bilmə ehtimalını qiymətləndirən xilasetmə qrupları, külək dayandıqdan sonra axtarış işlərinə davam edəcəklər. Digər tərəfdən bölgəyə dalğıc qrupları da cəlb edilib.

Anar Orucovun axtarışı davam edir.

 

1