Miliyyətcə azərbaycanlı din xadimi İraq şiələrinin yeni lideri ola bilər.
Bu barədə məlumatı Türkiyənin dini "Yeni akit” nəşri yayıb.
Sözügedən şəxs 72 yaşlı Məhəmməd Bəkir əl-İrəvanidir.
İraqın Nəcəf şəhərində dini lider Məhəmməd Səid al-Hakimin dünyasını dəyişməsi, həmçinin şiələrin hazırki lideri Əli Sistaninin 91 yaşında olması isə dini hərəkata kimin rəhbərlik edəcəyi məsələsini müzakirə mövzusuna çevirib.
Azərbaycanlı Məhəmməd Bəkir əl-İrəvani İraq şiələrinin yeni lideri vəzifəsinə ən mümkün namizəd hesab olunur.
Əl-İrəvaninin ailəsi Nəcəfdə çox məşhur və nüfuzlu ailə hesab olunur. Azərbaycanlı ailə İrəvan şəhərinin 1820-ci ildə rusların əlinə keçməsindən sonra Nəcəf şəhərinə köçüb.
Məhəmməd Bəkir əl-İrəvani Azərbaycan dilini və Türkiyə türkcəsini bilir və Nəcəfdə vaxtaşırı bu dillərdə mərsiyələr oxuyur.//Qafqazinfo.az