Hidrogenlə işləyən təyyarə yaradıldı

22:13 / 06.12.2021
913

Britaniyalı tədqiqatçılar hidrogenlə işləyən sərnişin təyyarəsi layihəsini nümayiş etdiriblər.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, Böyük Britaniya Aerokosmik Texnologiya İnstitutu dünya aviasiyasının gələcəyinə çevrilə biləcək yeni təyyarə yaradıb.

Təyyarənin yaradılması ətraf mühitin çirklənməsi ilə bağlı vəziyyətin pisləşməsi ilə bağlıdır.

Britaniya hökuməti təyyarənin inkişafı üçün 15 milyon funt sterlinq ayırıb.

Yeni təyyarə hidrogen yanacağı ilə işləyəcək. Bu da onun ekoloji cəhətdən təmiz olmasına imkan verəcək.

Hazırlanmış təyyarənin qanadlarının uzunluğu “Boeing 767”dən 54 metr böyük və “Boeing 787”dən kiçikdir.

Tədqiqatçılar bildirirlər ki, təyyarə 279 sərnişini Londondan San-Fransiskosa reaktiv mühərrikli təyyarələrlə eyni sürət və rahatlıqla daşıya biləcək.

0
“Qafqazinfo”