İran Prezidenti İbrahim Rəisi terror qruplaşması İŞİD-in ABŞ tərəfindən qurulduğunu iddia edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rəisi Tehrana səfər edən Əsəd rejiminin xarici işlər naziri Feysəl Mikdad ilə görüşündə bu barədə danışıb.
Rəisi görüşdə ABŞ-ın bölgədəki varlığınından danışıb.
"İŞİD-i ABŞ yaradıb. Bölgədə ABŞ və İŞİD-ə harada rast gəlinirsə, oradakı insanlar təhlükəsizlik və sabitlik baxımından böyük zərərlə üzləşirlər”, - Rəisi bildirib.