Rza Zərrabın Mayamidəki dəbdəbəli həyatı - FOTO

DÜNYA
14:20 / 08.12.2021
2157

ABŞ-da həbs edilən və daha sonra sərbəst buraxılan Rza Zərrabın həyatı ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Hit.az "Unikal"a istinadən xəbər verir ki, adını Aaron Goldsmith olaraq dəyişdirən və atçılıq mərkəzi işlədən Zərrab hazırda Mayamidə yaşayır. 
Onun 3,6 milyon dollar dəyərində olan dəbdəbəli göydələndə yaşadığı öyrənilib.  ABŞ polisi  Zərrabın "WhatsApp" fotolarını  əldə  edib.  Məlum olub ki, Zərrab həbsdən çıxdıqdan sonra  özünə lüks  həyat tərzi qurub. Bununla yanaşı fotolarda Rza Zərrabın yüz min dollar dəyərində olan "Richard Mille" İsveçrə qol saatı diqqət çəkib.  

Amerikalı jurnalistlər də 38 yaşlı Zərrabı Mayamidəki Kokos bağına qədər izləyiblər. Zərrabın "Park Grove" mənzillərinin dayanacağında yeriyərkən cib telefonu ilə yüksək səslə türkcə danışdığı da müəyyən edilib. Daha sonra Zərrabın sürücünün idarə etdiyi "Cadillac”la bölgəni tərk etdiyi bildirilib. 

Rzanın lüks həyatı Amerika mətbuatında gündəm  mövzusuna çevrilib. Belə  ki, jurnalistlər Zərraba  məxsus atçılıq  mərkəzini adını " PS Dressage" adlı internet saytından tapıblar. Onlar mərkəzin  "Next Level Performance" adını daşıdığını bildiriblər.

Qeyd edək ki, Cənubi Azərbaycan əsilli iş adamı Rza Zərrab 2016-cı ilin mart ayının 19-da ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozması səbəbindən Mayamidə olarkən həbs edilib. 38 yaşlı milyarder İrana qarşı tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunub. Prokuror onun 50 milyon dollar cərimə edilməsini və 75 il müddətinə həbsini istəyib. Lakin 2017-ci ildə  ABŞ Federal Həbsxanalarının rəsmi saytında iş adamının sentyabrın 9-da azad edildiyi bildirilib. 

Bildirək ki, Rza Zərrab türkiyəli müğənni Ebru  Gündəşlə evli olub.  Cütlüyün bu izdivacdan bir qızları var.

0