Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Hit.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Qarabağa dair bəzi məsələlər üzrə fikir mübadiləsi aparıblar. Həmçinin, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin gedişatını, "3+3” formatını, regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə ediblər.