Bu şəhərdə avtomobilindən imtina edənlərə 900 avro veriləcək

21:22 / 10.12.2021
1326

Belçikanın paytaxtı Brüsseldə şəxsi avtomobillərindən imtina edənlərə 900 avroya qədər mükafat veriləcək.

Paytaxt rəhbərliyi dayanıqlı nəqliyyatı dəstəkləmək və şəhərin hava keyfiyyətini yaxşılaşdırmaq üçün yeni təşəbbüslə çıxış edib.

Bildirilir ki, Brüsseldə yaşayan və şəxsi avtomobilinin nömrəsi 2021-ci ilin aprelindən sonra ləğv edilənlər maliyyə dəstəyi alacaqlar.

Bu məbləğ vətəndaşların illik gəlirlərindən asılı olaraq 500-900 avro arasında dəyişəcək.

Sözügedən mükafat şəhərdə ictimai nəqliyyat xərcləri, qatar biletləri və taksi kimi alternativ nəqliyyat variantları üçün istifadə edilə bilər.

Qeyd edilir ki, istəyə görə sözügedən dəstəkdən elektrikli skuter icarəsi, velosiped alışı üçün xərclənə bilər.

0
“Qafqazinfo”