Bakıda doğulan afrikalı milyarderin ABŞ-a girişi yasaqlandı

DÜNYA
23:10 / 10.12.2021
1106

ABŞ Dövlət Departamenti Anqolanın keçmiş prezidentinin Bakıda doğulmuş qızı İzabel duş Santuşa korrupsiya cinayətlərində iştirak etdiyinə görə ölkəyə giriş qadağası qoyub.

Bu barədə Dövlət Departamentinin məlumatında deyilir.

2021-ci ilin əvvəlində isə “Forbes” onu Afrikanın ən varlı adamları siyahısından çıxarıb. 

İzabel 1979-2017-ci illərdə Anqola prezidenti olmuş Joze Eduard Santuşun qızıdır. O, 1973-cü ildə Bakıda anadan olub. 

2013-cü ildə “Forbes” 3,5 milyard dollar sərvəti olan İzabeli Afrikanın ən zəngin qadını elan edib. 2020-ci ilin ortalarında onun sərvəti 1,4 milyard dollara enib. 2021-ci ilin yanvarında isə jurnal onu qitənin ən zəngin adamları siyahısından çıxarıb.

Bu hadisə 2019-2020-ci ildə İzabelə qarşı başladılmış cinayət işi çərçivəsində Anqola və Portuqaliyadakı hissələrinin dondurulmasından sonra baş verib. 

0
“Qafqazinfo”