Amerikalı Ketrin Rassel Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) yeni icraçı direktoru olub.
Bu barədə cümə günü brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Dücarrik bildirib.
“UNICEF-in İcraiyyə Şurası ilə məsləhətləşmələrdən sonra BMT-nin baş katibi Antonio Quterreş fondun yeni direktoru vəzifəsinə ABŞ-dan olan Ketrin Rasselin təyin olunduğunu elan edib”, - deyə Ducarrik vurğulayıb.
Xatırladaq ki, bunadək qeydolunan vəzifəni 2018-ci ilin yanvarından UNICEF-ə rəhbərlik edən Henrietta For tutub.
oxu.az