Kəskin oynaq ağrısı podaqranın inkişafından xəbər verə bilər.
Bu barədə Moskva Səhiyyə İdarəsinin baş revmatoloqu Alyona Zaqrebneva “Danışır Moskva” radiostansiyasının efirində məlumat verib.
Onun sözlərinə görə, bu zaman ayağın baş barmağında adətən şişkinlik, eyni zamanda qızartı müşahidə olunur. Belə bir vəziyyətdə bəzi insanlar dərmanlarla ağrıları aradan qaldırmağa üstünlük verirlər. Halbuki, podaqra zamanı ağrıkəsicilər bir müddət sonra digər nayihələrdə də problemlərin yaranmasına səbəb ola bilər.
Həkim oynaq ağrıları zamanı ən doğru yolun ağrikəsici içməkdənsə, həkimə müraiət etmək olduğunu bildirib. O, həmçinin gecikmənin də müxtəlif fəsadlara səbəb ola biləcəyini xatırladıb.(oxu.az)