Lukaşenko 25 il MSK-ya rəhbərlik etmiş şəxsi vəzifəsindən azad etdi

DÜNYA
15:21 / 13.12.2021
1081

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın Mərkəzi Seçki Komissiyasının rəhbərini dəyişib. 

Qaynarinfo xəbər verir ki, 1996-cı ildən komitəyə rəhbərlik edən Lidiya Yermoşina bu vəzifəni tərk edib.

Artıq bu vəzifəni İqor Karpenko tutacaq. O, əvvəllər ölkənin təhsil naziri olub. BELTA agentliyinin məlumatına görə, onu bu vəzifəyə Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko, eləcə də baş nazirin müavini İqor Petrişenko tövsiyə edib.

Həmçinin Mərkəzi Komissiyanın beş üzvü təyin edilib. Bunlar Yelena Baldovskaya, Vadim İpatov, Sergey Kalinovski, Denis Duk və Aleksandr Yujikdir.

Yermoşinanın istefası 2022-ci ilin fevralında gözlənilən konstitusiya referendumu ərəfəsində baş tutub. Əvvəllər o, Belarusun yeni konstitusiyasının layihəsi üzrə referendumun keçirilməsi üçün optimal vaxtın 2021-ci ilin dekabrı ola biləcəyi fikrini dilə gətirib. Səsvermə 2022-ci il yanvarın 18-dən əvvəl baş tutmalı olan yerli seçkilərin keçirilməsi ilə birləşdirilməlidir, çünki bu halda əlavə xərclər minimum olacaq.

0