İkiqat Olimpiya çempionu azyaşlıya təcavüz etdiyini etiraf etdi

DÜNYA
19:37 / 13.12.2021
1689

Üzgüçülük üzrə ikiqat olimpiya çempionu Yannik Aqniel məşqçisi Lionel Horterin azyaşlı qızı ilə yaxın münasibətlərini etiraf edib.

Fransalı idmançı yeniyetməni cinsi əlaqəyə məcbur etmədiyini, hər şeyin qarşılıqlı razılaşma əsasında baş verdiyini bildirib.

Prokuror isə bununla razılaşmayıb və üzgüçüdə yaddaş problemi olduğunu qeyd edib. İstintaqın məlumatına görə, idmançı 2016-cı ildə Tailand, Braziliya və Tenerifedə olarkən qıza bir neçə dəfə təcavüz edib. Həmin vaxt onun 24, qızın isə 13 yaşı olub.

Xatırladaq ki, 29 yaşlı üzgüçü dekabrın 9-da saxlanılaraq polis şöbəsinə aparılıb. Dekabrın 11-də ona qarşı ittiham irəli sürülüb, lakin məhkəmə Aqnielin həbsdə saxlanması tələbini rədd edib. Bildirilib ki, iş üzrə dinləmələr davam edəcək və əlavə araşdırmalar aparılacaq.

Qeyd edək ki, Aqniel 2012-ci il London Olimpiadasında iki qızıl və bir gümüş medalın sahibidir. Bundan əlavə, o, iki dəfə dünya çempionu olub. Üzgüçü 2016-cı ildə təqaüdə çıxıb.

2