ABŞ Hərbi Hava Qüvvələri (HHQ) ölkənin silahlı qüvvələrində COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdiklərinə görə hərbçilərlə müqaviləni pozan ilk struktur vahidi olub.
Hit.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi HHQ-nin mətbuat xidmətinin nümayəndəsi Enn Stefanekə istinadən məlumat yayıb. O, 27 hərbi qulluqçu ilə müqaviləyə xitam verildiyini söyləyib. Rəsmi səbəb kimi müdafiə naziri Lloyd Ostinin Silahlı Qüvvələrin bütün şəxsi heyətinin məcburi peyvənd edilməsi ilə bağlı əmrinə əməl edilməməsi göstərilib.