“Omikron” ştammı maskanın effektivliyini azaldır

DÜNYA
09:30 / 15.12.2021
1272

Koronavirusun “Delta” və “Omikron” ştamları qoruyucu maskanın effektivliyini azaldır.

Bu barədə rusiyalı immunoloq, KEQ müqaviləli tədqiqat şirkətinin baş direktoru, tibb elmləri namizədi Nikolay Kryuçkov xəbərdarlıq edib.

Onun sözlərinə görə, “Delta” və “Omikron”da daha çox virus hissəcikləri olur - müvafiq olaraq maskanın effektivliyi də azalır.

“Məlumdur ki, virus hissəcikləri nə qədər çox olarsa, başqalarını yoluxdurmamaq üçün bir o qədər az asqırmaq və öskürmək lazımdır. Ancaq insan asqırdıqda, öskürəndə bu hissəciklər yaş olur və maska onları tutur. Yoluxmuş insan sadəcə nəfəs aldıqda isə artıq daha az yaş hissəciklər olur, maska isə quru hissəcikləri daha az saxlayır. Məhz bu hissəciklər də çox kiçik olduğundan məsamələrdən rahat keçə bilirlər. Buna görə də, maskalar “Omikron” və “Delta” ilə daha az işləyir. Xüsusən də “Omikron”la”, - deyə ekspert izah edib.

0