İsveçdə yaşayan Hakan Nordkvist adlı şəxs 2046-cı ilə getdiyini irəli sürərək, sosial medianın diqqətini çəkib.
HİT.Az Metbuat.az-a istinadən xəbər verir ki, Hakan bildirib ki, o, 2046-cı ildə yaşayan 70 yaşlı özü ilə görüşüb. Hakan buna sübut olaraq foto və video nümayiş etdirib. Hakan görüntülərdə yanında dayanan şəxsin onun özü olduğunu irəli sürüb.
Buna sübut olaraq da, onlar bədənlərindəki işarələri göstərib. Qeyd edək ki, Hakan barəsində sənədli film də çəkilib. O, sənədli filmdə də bu iddiaları dilə gətirib.