ABŞ-ın Arkanzas ştatında bir restoranda işləyən Rayan Brandt adlı qadın restoranda təşkil edilən şənlikdə 4 min dollar bəxşiş toplayıb.
Hit.az xəbər verir ki, qadın gərgin işlərdən sonra müştərilər tərəfindən qiymətləndirilib. Rayanın sevinci çox çəkməyib. Belə ki, restoran sahibi qadın ofsiantı bəxşiş topladığına görə işdən qovub.
Qadın bu haqsızlıqdan sonra TV-ya çıxıb. Ştat sakinləri qadını müdafiə edərək, onun yenidən işə alınmasını tələb ediblər.