Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tələbələri dini ekstremist və terrorçu fəaliyyətə cəlb etməyə cəhd etdiyi üçün "İslam Dövləti"nin tərəfdarını saxlayıb.
Hit.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) mətbuat xidmətindən məlumat verilib.
"Rusiya FTX-si Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda Rusiya Qvardiyasının hərbi dəstəyi ilə həyata keçirilən kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində beynəlxalq terrorçu qruplaşmanın tərəfdarının fəaliyyətinin qarşısını alıb.
Bildirilib ki, Moskvada xarici tələbə olan şübhəli dəfələrlə beynəlxalq terror təşkilatının tərəfdarlarının fəaliyyətinə haqq qazandırıb və onların ideologiyasını internetdə təbliğ edib. Bundan başqa, o, İslamın ənənəvi formalarına, eləcə də digər dinlərə qarşı mənfi münasibət yaratmaq məqsədi daşıyan materiallar yayıb, İŞİD qüvvələri tərəfindən İraq və Suriya ərazisind Ərəb Respublikası xilafəti yaratmaq üçün silahlı mübarizəyə çağırıb.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2 maddəsinə ("Terrorçuluq fəaliyyətini həyata keçirməyə ictimai çağırışlar və ya terrorizmə bəraət qazandırmaq") görə cinayət işi başlanılıb.