Avstriya parlamenti ağır xəstə vətəndaşlara ciddi şəkildə müəyyən edilmiş şərtlər altında öz ölümləri barədə qərar verməyə icazə verən qanunu təsdiqləyib.
Belə ki, 2022-ci ildən xroniki və ya sağalmaz xəstəlikləri olan insanlar “tibbi intihar” adlnadırılan eftanaziya vasitəsilə ölmək istəklərini bəyan edə biləcəklər. Onların vəsiyyətnamələri notariusa və vəkilə veriləcək. Sonra onların əqli sağlamlığı və diaqnozunu təsdiqləmək lazım gələcək.
Daha sonra isə vətəndaşlara eftanaziya üçün lazımi dərmanlar ala biləcəkləri apteklərin siyahısı veriləcək. Lakin bu apteklərin siyahısı əhalinin qalan hissəsi üçün açıqlanmayacaq.
oxu.az