Gürcüstanın azərbaycanlılar yaşayan kəndində atışma - Yaralanan var

DÜNYA
23:32 / 20.12.2021
969

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaratəhlə kəndində silahlı insident baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, naməlum şəxslər avtomobilində olan gəncə atəş açaraq hadisə yerindən qaçıblar.

Nəticədə o, xəsarət alıb. Yaralı Rustavi şəhərinin mərkəzi xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti kritik ağır qiymətləndirilir.

Hadisənin motivi məlum deyil.

Qaratəhlə kəndinə ekspert-kriminalistlər cəlb olunub.

0