Dubay əmiri keçmiş arvadına rekord təzminat ödəyəcək

DÜNYA
21:47 / 21.12.2021
1035

İngiltərə Ali Məhkəməsi Dubay əmiri Əl Maktumun altıncı həyat yoldaşı, şahzadə Haya Bint Əl Hüseynə və uşaqlarına ümumilikdə 554 milyon funt-sterlinq təzminat ödəməsinə qərar verib.

Bu qərar ölkə tarixinin ən bahalı boşanma prosesi kimi yadda qalıb. 72 yaşlı Əl Maktum şahzadə Hayaya 251 milyon 500 min funt-sterlinq, 14 və 9 yaşlı iki uşağının təhsil və əlavə xərcləri üçün isə 290 milyon funt-sterlinq təzminat ödəyəcək. 

Hakim qərarını elan edərkən Haya və uşaqlarının əlavə təhlükəsizlik tədbirlərinə ehtiyacları olduğunu da vurğulayıb. 

Xatırladaq ki, şahzadə Haya 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərindən qaçaraq İngiltərəyə sığınıb. Məhkəmə Əl Maktumun Hayanın telefon danışıqlarını izlətdiyini bildirərək onu və uşaqlarını qoruma tələbi irəli sürmüşdü. 

0