Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaratəhlə kəndində iki gün öncə baş vermiş silahlı insidentə görə 3 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxslər qəsdən adam öldürməyə cəhddə ittiham olunurlar.
İstintaqla müəyyən olunub ki, hadisəyə keçmişdə baş vermiş mübahisə səbəb olub.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, silahlı insident zamanı 37 yaşlı kişiyə avtomobilində 20-yə yaxın atəş açılıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.