"Ermənistan ona uzadılan sülh əlini zəiflik əlaməti olaraq görməməlidir"-Hulusi Akar

DÜNYA
18:11 / 23.12.2021
938

“Azərbaycan Ermənistana sülh əlini uzadıb. Bu məsələni də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dəfələrlə dilə gətiriblər. Bizim diləyimiz, ümidimiz Ermənistanın bunu zəiflik əlaməti olaraq görüb səhv addım atmaması və bu sülh əlini tutmasıdır”.

Hİt.az xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Ümidimiz ondan ibarətdir ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutsun, bölgədə sabitlik tezliklə təmin olunsun, bölgəyə sülh və əmin-amanlıq gəlsin, orada insanlar əmin-amanlıq və firavanlıq içində yaşasınlar”, - nazir vurğulayıb.

0