İrəvanda Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun həmsədrliyi ilə Ermənistan-Rusiya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 20-ci iclası keçirilib.
Hit.az xəbər verir ki, Aleksey Overçuk çıxışında Ermənistan-Rusiya regionlararası əməkdaşlığının əhəmiyyətini və onların dinamik inkişafı prosesindən danışıb.
Rusiya baş nazirinin müavini çıxışında hökumətlərarası komissiyanın 20-ci iclası çərçivəsində imzalanmış Ermənistan Respublikası Hökumətinin 2022-2027-ci illər üçün regionlararası əməkdaşlıq proqramına ehtiyac olduğunu vurğulayaraq, lazımi addımların atılmasının vacibliyini də vurğulayıb.
Konfransın 20-ci iclasında ER ərazi idarəetmə, infrastruktur nazirinin müavinləri Vaçe Terteryan, Armen Simonyan və Akop Vardanyan da iştirak ediblər.
Daha sonra dəmir yolu sahəsində əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Tərəflər reyslərin sayının artırılmasında qarşılıqlı maraqlı olduqlarını bildiriblər. Dövlətlərarası avtobus daşımaları sahəsində Ermənistan tərəfi Rusiya ilə Ermənistan arasında avtobus daşımalarını bərpa etməyi təklif edib.
Yaxın vaxtlarda AES-in (Atom Erktrik Stansiyası) istifadə müddətinin iki dəfə artırılması və yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı sənədlərin imzalanması barədə də razılıq əldə olunub.