Feysbukun sahibi ABŞ-ın “Meta” şirkəti Rusiyada qadağan olunmuş məzmunu silmədiyi üçün 27 milyon dollar cərimələnib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya məhkəməsi “Meta”ya qadağan olunmuş məzmunu silmədiyi üçün rekord məbləğdə cərimə kəsib.
Rusiya məhkəməsi “Google”u da qadağan olunmuş məzmunu silmədiyinə görə 98,1 milyon dollar cərimələyib.
Qeyd edək ki, Rusiya anoloji hadisəyə görə “Meta”, “Google”, Yutub, Tvitter və TikTok kimi şirkətləri bir neçə dəfə çərimələyib.